Bu gün tarixin vərəqlərində 14 oktyabrdayıq.
Hit.az xəbər verir ki, bu gün sıra tarixi hadisələrlə yadda qalıb.
Həmçinin, 14 oktyabr bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin də vəfat günü bu günə təsadüf edir. Onu da qeyd edək ki, bu gün Ümumdünya Köçəri Quşlar Günü, Belarusda Analar Günü, Tanzaniyada Nyerere Günü, Ukraynada isə Ukrayna Müdafiəçiləri Günü kimi qeyd olunur. Beləliklə, tarixin 14 oktyabrına nəzər salırıq.
14 oktyabrda baş verənlər:
1999-cu ildə Azərbaycan və Benin arasında diplomatik əlaqələr qurulub. 2011-ci ildə “Rabitə Bakı” komandası voleybol üzrə klublararası dünya çempionatının qalibi olub. 2020-ci ildə İkinci Qarabağ müharibəsi çərçivəsində Azərbaycan Silahlı Qüvvələri Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə və Tağaser kəndlərini Ermənistanın işğalından azad edib.
Həmçinin, 1066-cı ildə Hastinqs döyüşü ilə Norman istilası başlayıb. 1586-cı ildə Şotlandiya kraliçası Mariya Stüart İngiltərə kraliçası I Elizabetə qarşı sui-qəsddə ittiham olunub. 1774-cü ildə Birinci Kontinental Konqres Britaniya Parlamentinin dözülməz qanunlarını pisləyib. 1808-ci ildə Dubrovnik Respublikası Fransa tərəfindən ilhaq edilib. 1884-cü ildə Corc İstmen yeni foto filmi üçün patent alıb. 1917-ci ildə Uruqvay milli futbol komandası Amerika Kubokunu qazanıb. 1947-ci ildə isə Çak Yeqer səs sürətini keçən ilk insan olub.
14 oktyabrda doğulanlar:
1981-ci ildə Azərbaycanın Milli Qəhrəmanı, şəhid mayor Samid İmanov, 1933-cü ildə xalq şairi Məmməd Araz və 1992-ci ildə tanınmış karateçi İlahə Qasımova dünyaya gəlib.
Həmçinin, 1569-cu ildə italiyalı şairi Cambattista Marino, 1888-ci ildə Yeni zelandiyalı yazıçı Katrin Mansfild, 1890-cı ildə ABŞ-nin 34-cü prezidenti Duayt Eyzenhauer, 1893-cü ildə amerikalı aktrisa Lillian Giş, 1903-cü ildə Osmanlı şahzadəsi Əli Vasib Əfəndi, 1927-ci ildə ingilis aktyor Rocer Mur, 1928-ci ildə argentina futbolçusu və baş məşqçisi Ektor Rial, 1930-cu ildə Zair prezidenti Mobutu Sese Seko, 1940-cı ildə ingilis müğənni və aktyor Kliff Riçard, 1978-ci ildə amerikalı müğənni Aşer və 1979-cu ildə rusiyalı şoumen Timur Rodrigez doğulub.
14 oktyabrda vəfat edənlər:
1962-ci ildə aktyor Əli Qurbanov, 1974-cü ildə Xalq rəssamı Səttar Bəhlulzadə və 2015-ci ildə rəssam Fuad Xəlilov dünyasını dəyişib.
Həmçinin, 1857-ci ildə danimarkalı və norveçli rəssam Yohan Kristian Dal, 1944-cü ildə alman generalı Ervin Rommel, 2019-cu ildə Cənubi Koreya aktrisası Sulli və 2022-ci ildə şotlandiyalı aktyor Robbi Koltreyn vəfat edib.
Pərviz


