2026-cı ilin oktyabr ayının sonuna qədər dörd bürcün nümayəndələri gözlənilməz fürsətlərlə qarşılaşa bilər. Astroloq Evan Nathaniel Grimın proqnozuna görə, uğur bu insanlar üçün düşündüklərindən fərqli formada üzə çıxacaq. Buna görə də baş verənləri diqqətlə qiymətləndirmək və yaranan imkanları gözdən qaçırmamaq tövsiyə olunur.
HİT.az xəbər verir ki, bu barədə “YourTango” nəşri yazıb.
Astroloqun fikrincə, oktyabrda uğurun qeyri-adi şəkildə özünü göstərməsi planetlərin mövqeyi ilə əlaqələndirilir. Bəzi hallarda müsbət dəyişikliklər dərhal nəzərə çarpmaya bilər, lakin sonradan əhəmiyyətli nəticələrə gətirib çıxara bilər.
Xərçəng
Xərçənglər üçün oktyabr öz maraqlarına və sevdikləri məşğuliyyətlərə daha çox vaxt ayırmaq baxımından əlverişli dövr hesab olunur. Gündəlik işlərin tempini azaltmaq onlara yorğunluqdan uzaqlaşmağa və yaradıcılıq üçün imkan yaratmağa kömək edə bilər. Şəxsi həyatda da gözlənilməz hadisələr mümkündür. Astroloq bəzi Xərçənglərin keçmiş sevgililərinin diqqətini yenidən cəlb edə biləcəyini və əvvəlki münasibətləri bərpa etmək şansı qazana biləcəyini bildirir.
Şir
Ayın əvvəlində mübahisələr və fikir ayrılıqları ilə üzləşən Şirlər üçün vəziyyət tədricən yaxşılaşa bilər. Astroloqun proqnozuna görə, onlar özlərini daha enerjili hiss edəcək və yığılıb qalan işlərin öhdəsindən gələcəklər. Yaşayış yeri ilə bağlı qərarlar, evdə dəyişikliklər və ailə münasibətləri də gündəmdə ola bilər. Yaxınlarla ünsiyyət və səmimi söhbətlər Şirlərin özlərini daha inamlı hiss etməsinə kömək edəcək.
Oğlaq
Oğlaqlar üçün oktyabr köhnə tanışlıqların yeni imkanlara çevrilə biləcəyi dövr kimi xarakterizə olunur. Keçmişdə ünsiyyətdə olduqları insanlarla yenidən əlaqə qurmaq onlara həm şəxsi, həm də peşəkar sahədə fayda verə bilər. Xüsusilə işini dəyişmək və ya karyerasında irəliləmək istəyən Oğlaqlar üçün bu əlaqələr yeni təkliflərin yaranmasına şərait yarada bilər. Astroloq hesab edir ki, bəzən çoxdan danışmadığınız bir insan gözlənilməz fürsətin qapısını aça bilər.
Tərəzi
Tərəzilər oktyabrda bəzi çətinliklərlə üzləşsələr də, bu dövr öz istəklərini və prioritetlərini müəyyənləşdirmək üçün fürsət yarada bilər. Astroloq onlara başqalarının gözləntilərinə uyğunlaşmaq əvəzinə, öz prinsiplərinə sadiq qalmağı tövsiyə edir. Səmimi davranmaq və təşəbbüs göstərmək Tərəzilərin həyatına uyğun insanları və əlverişli imkanları cəlb edə bilər.
Qeyd edək ki, astrologiya elmi cəhətdən təsdiqlənmiş sahə deyil. Bürclərlə bağlı proqnozlar əyləncə xarakteri daşıyır və mühüm qərarlar üçün etibarlı əsas hesab edilməməlidir.
Samir


