Gündəlik kreditlərdə gecikmələrə YENİ YANAŞMA

İQTİSADİYYAT
15:00 / 12.10.2026
198

Mərkəzi Bank gündəlik kreditlərlə bağlı qaydalara dəyişiklik edib. 

Belə ki, oktyabrın 10-dan qüvvəyə minən qərara əsasən, bu kreditlər üzrə 90 gündən artıq gecikmə borcalanın ümumi öhdəliklərinin 20 faizinin gecikdirilməsi meyarı ilə qiymətləndirilməyəcək.

Mərkəzi Bankın sədri Taleh Kazımovun imzaladığı sənəddə kreditlərin restrukturizasiyası ilə bağlı şərtlər də əksini tapıb. Belə ki, müəyyən tələblər çərçivəsində kreditin maksimum 45 gün müddətinə yenidən strukturlaşdırılmasına icazə verilir. Bunun üçün əsas borc qalığının 20 faizi ödənilməli, həmin müddətdə gecikmə faizləri və dəbbə pulu tətbiq edilməməlidir.

İqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib ki, yeni mexanizmin borcunu vaxtında ödəməkdə çətinlik çəkən şəxslərə müəyyən rahatlıq gətirə biləcək: 

412352

“Qaydalara əsasən, kreditin yenidən rəsmiləşdirilməsi üçün borcun qalan əsas hissəsinin beşdə biri ödənilməlidir. Bu prosedur yalnız bir dəfə tətbiq oluna və 45 gündən artıq davam edə bilməz. Müəyyən edilmiş müddət ərzində borcalana gecikmə faizi və cərimə hesablanmır”.

Ekspert hesab edir ki, nəzərdə tutulan imkanların hər kəs üçün eyni qaydada tətbiqi təmin olunmur:

“Güzəştlərdən yararlanmaq məsələsi borcun növü, imzalanmış müqavilənin müddəaları və müvafiq tələblər əsasında müəyyənləşdiriləcək”.

Sevinc

0