Bakının bu küçəsində ağacların dibi betonlandı - FOTOLAR

ÖLKƏ
10:56 / 13.08.2020
1021

Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yerləşən ərazidə ağacların dibi betonlanıb.

Unikal.org xəbər verir ki, həmin ərazidə bir neçə ağac bu vəziyyətə salınıb. Eyni zamanda ağacların arxasındakı ərazi hasarlanıb. Ərazidə yaşayan sakinlərin verdiyi məlumata görə, bunu etməkdə məqsəd ağacları məhv edərək onların yerində hündürmərtəbəli bina inşa etməkdir.

Qeyd edək ki, həmin ərazidə bir neçə tikinti şirkəti yerləşir. Sakinlərin sözlərinə görə, hasarlanan ərazidə də hündür şam ağacları olub və daha sonra onlar kəsilib. Ərazinin kimə satıldığı isə məlum deyil.

0