Rusiya Şərqi Avropada müttəfiqlərini itirir, Qərbdə isə yeni imkanlar qazanır - "Forbes"

DÜNYA
17:36 / 02.11.2026
54

Rusiya Prezidenti Vladimir Putin Şərqi Avropada uzun müddətdir Moskva ilə yaxın münasibətlər saxlayan siyasi müttəfiqlərini itirsə də, Qərbi Avropada yeni nüfuz imkanları əldə edə bilər. Buna səbəb kimi bir sıra ölkələrdə sağçı və ifrat sağçı siyasi qüvvələrin mövqelərinin güclənməsi göstərilir.

HİT.az xəbər verir ki, bu barədə “Forbes” nəşri yazıb.

Nəşrin təhlilinə görə, Kreml Avropada keçirilən seçkiləri və etiraz aksiyalarını diqqətlə izləməklə yanaşı, siyasi proseslərə təsir göstərməyə də çalışır. Moskvanın əsas məqsədlərindən biri Avropa ölkələri arasında fikir ayrılıqlarını dərinləşdirmək və Rusiyaya yaxın siyasi qüvvələrin mövqelərini gücləndirməkdir.

Məqalədə qeyd olunur ki, 2026-cı ildə Putin Avropadakı bir sıra mühüm müttəfiqlərini itirib. Bunlardan biri Macarıstanda Viktor Orbanın hakimiyyətdən getməsidir. Uzun müddət Kremlə yaxın siyasət yürüdən Orbanın siyasi mövqelərinin zəifləməsi Moskvanın regiondakı təsir imkanlarına zərbə kimi qiymətləndirilir.

“Forbes” Serbiyada Aleksandar Vuçiçin də uzunmüddətli etirazlardan sonra hakimiyyəti itirdiyini yazır. Bundan başqa, Slovakiyada gələn ilin yanvarında növbədənkənar seçkilərin keçirilməsi ehtimalı Rusiyanın bu ölkədəki mövqelərini də sual altına qoyur. Nəşrin istinad etdiyi sorğulara əsasən, Robert Fitsonun rəhbərlik etdiyi Rusiyaya yaxın siyasi qüvvə müxalifətdən geri qalır.

Moskvanın diqqəti Qərbi Avropaya yönəlir

Nəşr hesab edir ki, Şərqi Avropada müttəfiqlərini itirən Kremlin Qərbi Avropada yeni imkanları yaranır. Fransada davam edən etirazlar, Almaniyada ifrat sağçı qüvvələrin siyasi uğurları və ABŞ Prezidenti Donald Trampın Moskvaya münasibətdə nümayiş etdirdiyi mövqe bu baxımdan xüsusi qeyd olunur.

“Forbes”in qənaətinə görə, Putin Şərqi Avropanın siyasi mənzərəsinə təsir imkanlarını itirdiyi bir vaxtda Qərbdə Moskva ilə münasibətlərə müsbət yanaşan sağçı partiyaların və liderlərin güclənməsindən yararlana bilər.

Məqalədə Bolqarıstanda keçirilən prezident seçkilərinin nəticələrinə də diqqət çəkilir. Nəşrin məlumatına görə, Rusiyaya yaxın mövqeyi ilə tanınan İliyana Yotova seçkilərdə 57,66 faiz səslə qalib gəlib.

ABŞ-dakı siyasi proseslər də Kremlin Avropadakı mövqelərinə təsir göstərə biləcək amillər sırasında göstərilir. “Politico” nəşrinin qiymətləndirməsinə görə, aralıq seçkilərdə respublikaçıların məğlubiyyəti halında Donald Tramp NATO ilə münasibətlərdə daha sərt addımlar ata bilər. Belə bir ssenaridə ABŞ-ın alyansın ümumi büdcəsinə ayırdığı vəsaitin azaldılması, Ukraynaya silah tədarükünü dəstəkləyən PURL proqramının məhdudlaşdırılması və Moskva ilə əlaqələrin daha da yaxınlaşdırılması ehtimalları müzakirə olunur.

Samir

0