Asim Mollazadə seçicilərlə növbəti onlayn görüşünü keçirib (FOTO)

ÖLKƏ
16:11 / 18.08.2020
1295

Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə seçicilərlə növbəti onlayn görüşünü keçirib. 

Qaynarinfo xəbər verir ki, Nəsimi rayonu, Abbas Səhhət 51, 53, 55 və 57 ünvanında yaşayan seçicilər deputata yaşadıqları ərazidə inşaat şirkətləri tərəfindən aparılan söküntü işləri ilə bağlı şikayət ediblər. 

Asim Mollazadə seçicilərə bu barədə müvafiq instansiyalara sorğu göndərəcəyini və sözügedən problemin həllində onlara yardımçı olmağa çalışacağını bildirib.

 

0