Bakıda qəza - Xəsarət alanlar var (FOTO)

ÖLKƏ
23:12 / 19.08.2020
1216

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

HİT.Az xəbər verir ki, hadisə Neftçilər prospektində qeydə alınıb.

Fərid Mahmudovun idarə etdiyi “Mazda” markalı avtomobilin qarşısına anidən taksi fəaliyyəti ilə məşğul “Kia” markalı avtomobil çıxıb. 

Zərbənin gücündən taksidə olan iki sərnişin xəsarət alıb.

Əraziyə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Apa

0