Şəhid övladlarından “Əsgərə salam” - FOTO

20:55 / 20.08.2020
1066

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Heydər Əliyev Fondu və Müdafiə Nazirliyinin dəstəyi ilə gerçəkləşdirilən “Əsgərə salam” hərbi-vətənpərvərlik sosial layihəsinə daha bir şəhid övladı qoşulub. Bu, iyulun 12-də Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat zamanı qəhrəmancasına şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət edən baş əsgər Elşad Dönməz oğlu Məmmədovun oğlu Məhəmməddir.

HİT.Az-ın məlumatına görə, şəhidin döyüşçü dostları onun əmanəti olan övladı və valideynləri ilə birlikdə fotoobyektiv qarşısına keçiblər.

Tovuz istiqamətindəki döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin övladları da “Əsgərə salam” layihəsində iştirak edirlər. Onların hərbi salamlama vəziyyətində çəkdirdikləri fotoşəkillər sosial şəbəkələrdə paylaşılıb.

0