Vüqar Biləcəri harada dəfn olunacaq? - FOTOLAR

12:55 / 29.08.2020
2329

Bu gün həyatını itirmiş tanınmış meyxanaçı Vüqar Biləcəri Hökməli qəsəbəsindəki qəbristanlıqda dəfn olunacaq.

Bu barədə baku.ws-ə meyxanaçının yaxınları məlumat verib.

Bildirilir ki, dünən axşam 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) aparılan Vüqar Paşayev səhər saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Vüqar Biləcəri "De gəlsin" meyxana yarışması ilə məşhurlaşmışdı.

O, meyxana ilə yanaşı qəzəllər də yazırdı. 

0