Afaq Bəşirqızı oğlunun boşanmasından danışdı: “Yayılan xəbərlər...”

18:15 / 13.09.2020
1707

Mətbuatda Xalq artisti Afaq Bəşirqızının oğlu Təhməzov Səmralın həyat yoldaşı Təhməzova Könüldən ayrılması haqda xəbər yayılıb.

Yenisabah.az xəbər verir ki, Xalq artisti oğlunun həyat yoldaşından boşanması ilə bağlı yayılan xəbəri təkzib edib: "Düzgün informasiya deyil".

Qeyd edək ki, Könül Təhməzova bu günlərdə 7 Nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin edilib.

Afaq Bəşirqızının oğlu Təhməzov Səmralın həyat yoldaşı Təhməzova Könüldən boşanması barədə Yasamal rayon Məhkəməsinə müraciət olunması ilə bağlı ilk xəbəri unikal.org saytı yayıb.

0