Dünya Çempionatında 1/8 final mərhələsində mübarizə aparacaq ilk ölkə bəlli olub.
Hit.az bildirir ki, ev sahiblərindən olan Kanada bu uğura nail olub.
Onlar, Cənubi Afrika Respublikası ilə qarşılaşıblar. Hər kəsin əlavə vaxt gözlədiyi bir anda 90+2-ci dəqiqədə Stivin Euştakiu Kanadanın qələbə qolunu vurub. Bununla da Şimali Amerika təmsilçisi növbəti mərhələyə yüksəlib.
Kanada tarix yazdı
Bu Dünya Çempionatı Kanada üçün unudulmaz keçir. Çünki onlar bir neçə gün əvvəl mundial tarixində ilk dəfə qrupdan çıxmağa nail olublar. Ötən gün isə Kanada tarixində ilk dəfə 1/8 final mərhələsinə yüksəlməyi bacarıb. Onlar, növbəti mərhələdə Niderland – Mərakeş cütünün qalibi ilə qarşılaşacaqlar.
Oyunun statistikaları
CAR 58-42 nisbəti ilə topla oynamada rəqibini qabaqlayıb. Həmçinin, dəqiq pas ötürmələrində də bənzər üstünlük qeydə alınıb: 554-379. Lakin qapılara endirilən zərbələrin sayında Kanada rəqibini 2 dəfə üstələyib: 12-6. Qapıçı qurtarışlarında isə afrikalılar öndə olub: 6-1.
Elmir


