Bakıda taksi qiymətləri yenidən ARTIB

AVTO
13:37 / 30.06.2026
167

Bakıda taksi ilə hərəkət etmək son günlər daha baha başa gəlir. 

Ötən aydan etibarən taksi xidmətlərində qiymətlər yenilənib və gediş haqqı orta hesabla 30-40 faiz yüksəlib. Bu artım şəhərdaxili bütün istiqamətlər üzrə hiss olunur. Əlbəttə ki, bu da öz növbəsində vətəndaşların narazılığına səbəb olur.

Bəs taksi qiymətləri niyə bahalaşıb?

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlamasında deyib ki, Azərbaycanda taksi xidmətlərinin bahalaşmasına bir neçə amil təsir edə bilər:

403180

“Onlar arasında bu sahədə tətbiq olunan yeni qaydalar, fəaliyyət göstərən sürücülərin sayının azalması, avtomobillərin saxlanılması və istismarı ilə bağlı xərclərin yüksəlməsi, pik saatlarda sifarişlərin artması, eləcə də platformaların dinamik qiymət mexanizmi yer alır”.

Ekspert qeyd edib ki, son illərdə taksi sektorunda nəzarət tədbirlərinin gücləndirilməsi və tələblərin daha sərt tətbiq olunması nəticəsində bazarda fəaliyyət göstərən sürücü və avtomobillərin sayı azalıb:

“Bu isə təklifin məhdudlaşmasına səbəb olaraq həm hazırda, həm də gələcək dövrdə xidmət haqlarının yüksəlməsinə təsir göstərən əsas amillərdən biri hesab olunur”.

Günel Cəlilova

0