Mübariz Mənsimovun məhkəməsidir: "Əgər ədalət varsa...

ÖLKƏ
19:02 / 15.09.2020
685

Türkiyəli müğənni Mahsun Qırmızıgül FETÖ ilə əlaqədar həbs edilən azərbaycanlı biznesmen Mübariz Mənsimov barədə paylaşım edib.

O, M.Mənsimovun bu gün azad ediləcəyinə ümid edib:

"Sənə edilənləri, qurulan tələləri, kürəyindən bıçaqlayanları, mənfəətləri üçün satanları bilirik. Əgər ədalət və hüquq varda, dostum Mübariz bu gün sərbəst buraxılacaq".

Xatırladaq ki, “Palmali Group” şirkətinin təsisçisi olan M.Mənsimovun məhkəməsi bu gün baş tutacaq.

 

0
Cebhe.info