Mark Rutte: NATO hərbi xərcləri artırmaq imkanlarının son həddinə çatıb

DÜNYA
14:22 / 01.07.2026
47

NATO-ya üzv ölkələr müdafiə xərclərinin artırılması baxımından mövcud imkanlarının demək olar ki, son həddinə çatıb. 

HİT.az xəbər xəbər verir ki, bunu alyansın baş katibi Mark Rutte "Financial Times"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, əsas problem artıq yalnız maliyyə ayırmaq deyil, həm də bu vəsaitlərin səmərəli istifadəsini təmin etməkdir.

"Biz bu vəsaitlərin mənimsənilməsi baxımından imkanlarımızın maksimum həddinə yaxınlaşırıq. Hələ hərbi xidmət üçün şəxsi heyət tapmaq, eləcə də müdafiə sənayesinin istehsal etdiyi məhsulları əldə etmək lazımdır", deyə Rutte bildirib.

Baş katib qeyd edib ki, son iki ildə NATO müttəfiqlərinin müdafiə sahəsinə əlavə yönəltdiyi 250 milyard ABŞ dolları xərclərin qısa müddətdə artırılması baxımından demək olar ki, maksimum həddi əks etdirir.

Bundan əvvəl ABŞ-ın NATO yanında daimi nümayəndəsi Metyu Uitaker Vaşinqtonun Ankarada keçiriləcək NATO sammitində müttəfiqlərdən müdafiə xərclərinin artırılması ilə bağlı götürdükləri öhdəliklərin yerinə yetirilməsi barədə hesabat gözlədiyini bildirmişdi.

Mark Ruttenin təqdim etdiyi hesabatda qeyd olunur ki, NATO-nun Avropadakı üzvləri və Kanada 2025-ci ildə müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 2 faizi səviyyəsinə çatdırıblar. Onun sözlərinə görə, üç üzv ölkə isə həmin il müdafiəyə ÜDM-in 3,5 faizi həcmində vəsait ayırıb.

Samir

0