"Düşmənin terror törətmək niyyətini unutmamalı, daim sayıq olmalıyıq"

ÖLKƏ
15:13 / 16.10.2020
580

Daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti cəbhəboyu zonada hərbi vəziyyətin təmin edilməsi ilə bağlı mühüm vəzifələri yerinə yetirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən HİT.Az-a verilən məlumata görə, xain düşmənin dinc yaşayış məntəqələrimizdə təxribatlar, terror aktları törətmək niyyətini bir an belə unutmamalıyıq, daim sayıq olmalıyıq: "Ölkəmizdə təhlükəsizliyin qorunması işinə öz töhfəmizi verməklə asayişi təmin edən dövlət orqanlarının yaxın köməkçisinə çevrilək".

0