Ermənistanın daha bir Su-25 təyyarəsi vuruldu

ÖLKƏ
13:37 / 18.10.2020
1761

Oktyabrın 18-də saat 12.30-da cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin növbəti Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

Bu barədə HİT.Az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

1