Kəmaləddin Heydərovun ordenlərinin sayı 4-ə çatdı - SİYAHI

ÖLKƏ
16:55 / 14.07.2021
2206

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun ordenlərinin sayı 4-ə çatıb. 

HİT.Az xəbər verir ki, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən nazir bundan əvvəl 3 orden alıb. 

O, 2008-ci ildə  “Azərbaycan bayrağı”, 2011-ci ildə “Şöhrət”, 2015-ci ildə isə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib. 

Kəmaləddin Heydərov 2006-cı ildən Fövqəladə Hallar naziri vəzifəsində çalışır. 1995-2006-cı illərdə isə Dövlət Gömrük Komitəsinin sədri olub.

Sabah Kəmaləddin Heydərovun 60 yaşı olur. 

VÜQAR

7