ÖLKƏ
12:08 / 25.11.2021
2063

Azərbaycanda polis xidməti silahı ilə özünü güllələdi- TƏFƏRRÜATLARI

Xəbər verdiyimiz kimi, bu gün Sumqayıtda mühafizə polisi əməkdaşı polis baş serjantı Rahib Mütəllimov xidmətdə olarkən silahından açılan atəş nəticəsində həlak olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, bir müddət öncə Daxili İşlər Nazirliyinin Hospitalında psixoloji problemlərdən əziyyət çəkdiyi üçün müalicə alıb. Qeyd edək ki, R.Mütəllimovun bir övladı var.

***11:50

Sumqayıt mühafizə polisi xidmətdə olarkən silahından açılan atəş nəticəsində həlak olub.

DİN Mətbuat xidmətindən Hit..az-a verilən məlumata görə, bu gün saat 11 radələrində Sumqayıt şəhər Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Rahib Mütəllimov xidmətdə olarkən xidməti silahı ilə ehtiyatsız davranması nəticəsində açılan atəşdən xəsarət alıb. Hadisə nəticəsində R.Mütəllimov vəfat edib.

Hazırda məsələ araşdırılır.

2