Bakı-Sumqayıt yolunda təhlükə - Maşının təkəri qopdu (VİDEO)

ÖLKƏ
13:48 / 26.11.2021
904

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda təhlükəli vəziyyət yaranıb.

Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətt”inə məlumat veriblər.

Bildirilir ki, saat 09:06-da Sumqayıta gedən istiqamətdə hərəkət edən "VAZ” markalı avtomobil hərəkətdə olarkən təkəri qəfil yerindən qopub. Xoşbəxtlikdən sürücü vəziyyəti düzgün dəyərləndirərək avtomobilin idarəetməsini itirməyib və beləliklə, qəzanın qarşısını alıb.

Hadisənin görüntülərini təqdim edirik:

 

 

0