Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı: 31 nəfər vəfat etdi

ÖLKƏ
15:17 / 26.11.2021
708

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1997 yeni yoluxma faktı qeydə alınıb, 2319 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Hit.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib. Son sutkada koronavirus (COVID-19) əleyhinə 30 893 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 745, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 213, "buster” doza üzrə vaksinasiya olunanların sayı isə 21 935 nəfərdir.

0