Qəzada həyatını itirən 16 yaşlı Aylanın fotosu

ÖLKƏ
10:42 / 16.05.2023
657

Məlum olduğu kimi, mayın 13-də Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində baş verən yol qəzasında 2007-ci il təvəllüdlü Ayla Osman qızı Əliyeva həyatını itirib.

“Qafqazinfo”nun məlumatına görə, Ayla Bakı şəhər 263 saylı orta məktəbin 10-cu sinif şagirdi imiş.

Hadisə vaxtı Aylanın anası Vəfa Əliyeva sürdüyü “Hyundai Sonata” markalı avtomobilin idarəetməsini itirərək qarşıda gedən TIR-a çırpıb. Nəticədə 16 yaşlı Ayla hadisə yerində həyatını itirib.

İlkin ehtimala görə, qəza V.Əliyevanın diqqətinin yayınması səbəbindən baş verib.
Qəza anını və həyatını itirən Aylanın fotosunu təqdim edirik:

0