Bu kənddə köhnə işıq dirəkləri hər an faciəyə səbəb ola bilər - VİDEO

18:58 / 29.05.2023
313

Gədəbəy rayonu Novosaratovka kəndində yaşayan sakinlər narazıdırlar. 

BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, buna səbəb "Mardiva" adlanan ərazidən Tovuzun Lazlar kəndinə elektrik enerjisi ötürən dirəklərin qəzalı vəziyyətdə olmasıdır. 

Yerli sakinin sözlərinə görə, həmin ərazi əkin sahəsi olduğundan insanlar burada təsərrüfatla məşğul olurlar. Buna görə də, köhnə işıq dirəkləri hər an böyük faciəyə səbəb ola bilər.  
Məlumata görə, vəziyyətlə bağlı yerli camaat dəfələrlə Azərişıq ASC-yə məlumat versələr də problem öz həllini tapmayıb. 

0