Kimlər beynəlxalq məhkəmələrə müraciət edə bilər?

19:19 / 05.04.2024
160

Çox zaman ölkə məhkəmələrində haqqını təmin edə bilməyən insanlar beynəlxalq məhkəmələrə, Avropa İnsan Hüquqları Məhkəməsinə  üz tuturlar.  

Bəs Avropa İnsan Hüquqları məhkəməsinə necə müraciət etmək olar?

Ora kimlər müraciət də, proses nə qədər davam edə bilər?

Hit.az-ın sualını cavablandıran vəkil Şamil Qarayev bildirib ki,
Avropa İnsan Hüquqları məhkəməsində məhkəmə işinin başladılması üçün çox ciddi qəbuledilmə tələbləri mövcuddur. Avropa Məhkəməsi yalnız o halda şikayət ərizəsini qəbul edir ki, vətəndaş öz ölkəsində ən yüksək məhkəmə instansiyalarına baş vurmuş və nətcə əldə etməmiş olsun. Qəbuledilmə tələlərini qarşıladıqdan sonra hüquqi məsləhət və ya bu sahə üzrə məşğul olan hər hansı bir QHT-nin tövsiyəni, dəstəyini almanız vacibdir.
Beynəlxalq sənədlərdə öz əksini tapan adi insan hüquqlarının, demək olar ki, hamısı sizin hökumətiniz və ya dövlət rəsmilərinə qarşı olan iddialar hesab olunur. İnsan hüquqları dövlətə qarşı sizin maraqlarınızı müdafiə edir. Başqa sözlə Avropa məhkəməsinə müraciət eləmiş şəxs  öz dövlətini məhkəməyə vermiş sayılır, qalib olduğu halda böyük təzminat əldə edir.

Beynəlxalq məhkəmələrə kimlərdən şikayət etmək olar? 

"Hər kəsdən, işə götürəndən, qonşudan və nəhayət öz dövlətinin rəsmi şəxslərindən.
İnsan hüquqlarını ehtiva edən hər məsələ bu məhkəmədə müzakirə olunur. Xüsusən siyasi və söz azadlıqlarnın pozulması ilə bağlı məsəslələrin baxılmasına üstünlük verilir.

Murad

0