Azərbaycanda 319 məhkumun cəzası AĞIRLAŞDIRILDI

ÖLKƏ
18:41 / 13.08.2020
712

Cari ilin 6 ayı ərzində azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası diqqətdə saxlanılıb.

Bu barədə HİT.Az-a Ədliyyə Nazirliyindən bildirilib.

Bu dövrdə 5.045 şəxs cəza müddətinin başa çatması ilə əlaqədar və digər qanuni əsaslarla probasiya qeydiyyatından çıxarılıb.

Onlardan cəza çəkməkdən boyun qaçıran 319 nəfərin cəzası isə məhkəmələr tərəfindən daha ağır cəza növü, o cümlədən 113 nəfərin cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunub.

0