Ermənilərin atəşə tutduğu Ağcabədinin kəndlərindən görüntülər - FOTO

ÖLKƏ
19:59 / 04.10.2020
993

Ermənistan silahlı qüvvələri cəbhəyanı ərazilərdəki yaşayış məntəqələrini, mülki infrastruktur obyektlərini ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

Düşmənin növbəti hədəfi Ağcabədi rayonunun Sarıcalı və Taynaq kəndləri olub. Artilleriya atəşi nəticəsində Sarıcalı kəndində bir ev tamamilə yanıb.

Taynaq kəndi ərazisindəki yeməkxanaya top mərmisinin düşməsi nəticəsində 2006-cı il təvəllüdlü İsgəndərov Fərid Dilafət oğlu dağıntılar altında qalaraq həlak olub, mülki infrastruktur obyektlərə ziyan dəyib.

Erməni vəhşiliyinin izlərini fotolarda təqdim edirik.

5
AZƏRTAC