Şəhid anası oğlunun dəfnindən əvvəl qurban kəsdi - FOTO/VİDEO

ÖLKƏ
18:23 / 31.01.2021
1839

Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçusu Tural İsayev Siyəzəndə dəfn edilib.

Vətən müharibəsində şəhid olan Azərbaycan Ordusunda müddətdən artıq xidmət edən ( MAXE), 1992-ci il təvəllüdlü İsayev Tural Saləddin oğlunun nəşi Siyəzən rayonuna aparılıb. Şəhid rayonun Gilgilçay qəsəbəsində torpağa tapşırılıb.

Şəhidlə vida mərasimində Siyəzən Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçusu Tural İsayevin anası oğlunun cəsədi tapıldığı üçün qurban kəsib. 

Qeyd edək ki, T. İsayev Vətən müharibəsində itkin düşən hərbçilərdən biri idi.

Allah rəhmət eləsin!

0
APA