Tarixin 22 oktyabrı...

MARAQLI
12:00 / 22.10.2026
184

Bu gün tarixin vərəqlərində 22 oktyabrdayıq.

Hit.az xəbər verir ki, bu gün sıra tarixi hadisələrlə yadda qalıb.

Həmçinin, 22 oktyabr bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin də vəfat günü bu günə təsadüf edir. Beləliklə, tarixin 22 oktyabrına nəzər salırıq.

22 oktyabrda baş verənlər:
1996-cı ildə Azərbaycan və Cibuti arasında diplomatik əlaqələr qurulub. 2002-ci ildə Xəzər dənizində “Merkuri-2” bərəsi qəzaya uğrayıb. 2020-ci ildə İkinci Qarabağ müharibəsi çərçivəsində Azərbaycan Silahlı Qüvvələri Zəngilan rayonunun Ağbənd qəsəbəsi, Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini, Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli kəndlərini və Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərini Ermənistanın işğalından azad edib.

Həmçinin, 1746-cı ildə Prinston Universiteti təsis olunub. 1797-ci ildə Parisdə Andre-Jak Qarneren 1000 metr yüksəklikdən qeydə alınmış ilk paraşütlə tullanmanı reallaşdırıb. 1922-ci ildə isə Braziliya milli futbol komandası Amerika Kubokunu qazanıb.

22 oktyabrda doğulanlar:
1921-ci ildə xalq rəssamı, xalçaçı-rəssam Kamil Əliyev, 1929-cu ildə akademik Fuad Qasımzadə, 1940-cı ildə əməkdar jurnalist, tərcüməçi Mailə Muradxanlı və 1978-ci ildə prodüser Emin Əfəndi dünyaya gəlib.

Həmçinin, 1688-ci ildə Əfşarlar imperiyasının banisi Nadir Şah Əfşar, 1811-ci ildə macarıstanlı bəstəkar Ferens List, 1844-cü ildə fransız aktrisası Sara Bernar, 1870-ci ildə rusiyalı yazıçı İvan Bunin, 1915-ci ildə İsrailin keçmiş baş naziri Yitzhak Şamir, 1919-cu ildə ingilis yazıçısı Doris Lessinq, 1924-cü ildə qazaxıstanlı yazıçı Əbdicəmil Nurpeysov, 1925-ci ildə ukraynalı pianoçu Vsevolod Vorobyov, 1929-cu ildə sovet qapıçısı Lev Yaşin, 1949-cu ildə fransız futbolçu və məşhur baş məşqçi Arsen Venger, 1954-cü ildə fotojurnalist Robert Kapa, 1985-ci ildə türkiyəli müğənni Hadisə və 1988-ci ildə Şimali Makedoniya futbolçusu Muarem Muarem doğulub.

22 oktyabrda vəfat edənlər:

2020-ci ildə Milli Qəhrəman, polkovnik Şükür Həmidov şəhid olub.

2005-ci ildə bəstəkar Əziz Əzizli və 2021-ci ildə Xalq artisti, xanəndə Canəli Əkbərov dünyasını dəyişib.

Həmçinin, 1383-cü ildə Portuqaliya kralı I Ferdinand, 1906-cı ildə fransız rəssam Pol Sezan, 1964-cü ildə Pakistanın keçmiş baş naziri Xoca Nəzməddin, 2001-ci ildə rusiyalı aktyor Georgi Vitsin və 2021-ci ildə türkiyəli aktyor Kemal Kuruçay vəfat edib.

Pərviz

0