Elza oğlu ilə küsülü imiş - Kürəkəninə görə (VİDEO)

MAQAZİN
17:37 / 25.05.2020
1575

Əməkdar artist Elza Seyidcahan oğlu Ələkbərlə küsülüdür.

Axşam.az xəbər verir ki, bu haqda "Ay Zaur" proqramında məlumat verilib. Xəbəri təsdiqləyən müğənni incikliyə kürəkəni Elxanın səbəb olduğunu etiraf edib:

"Ailəvi soyuqluq yoxdur. Evlərinə gedib-gəlirəm. Kürəkənim Elxan geyimlərimin dizayneridir. Paltarlarımı o, qeyri-adi edir. Ələkbər də deyir ki, anamın sadə geyinməsini istəyirəm, sən isə onu daha da ekstravaqant edirsən. Ələkbər düz etmir, Elza Seyidcahan bu ailəni, uşağı, nəvələri sənətinin, imicinin ruzisi ilə dünyaya gətirdi. Qınından çıxdı, qınını bəyənmədi. Camaata nümunəyəm, mənə həsəd aparırlar. Aramızda 6-7 aydır soyuqluq var.

Övlad var ki, ana onun üçün saç ağardır. Oğul isə qayıdır ki, mənə nə etmisən?".

0
Axsam.az