Arıqlama dərmanları istifadə edənlərə XƏBƏRDARLIQ

SAĞLAMLIQ
13:26 / 21.04.2026
77

Keçmişdə dolğun bədən quruluşu gözəllik meyarı kimi qəbul olunurdu və bir çox insan artıq çəkili olmağa can atırdı. 

Bu gün isə yanaşma tamamilə dəyişib. Artıq incə bədən forması daha çox üstün tutulur və qadınlar arıqlamaq üçün müxtəlif vasitələrə üz tutur. Qadınlar əsasən arıqlamaq üçün olan xüsusi dərmanlara müraciət edir. 

Maraqlıdır, bu vasitələr həqiqətən təhlükəsizdirmi? Sağlamlıq üçün risk daşıyırlarsa, niyə onların satışı sərbəst şəkildə davam edir?

Tibbi ekspert, professor Adil Qeybulla Hit.az-a açıqlamasında deyib ki, arıqlamaq məqsədilə istifadə edilən dərman və əlavələrə ehtiyatla yanaşmaq lazımdır: 

397148

“Çünki bu məhsulların bir qismi nəzarətsiz şəkildə dövriyyəyə buraxılır və istehlakçıya təsiri barədə kifayət qədər aydın izah təqdim edilmir. Buna baxmayaraq, müxtəlif reklam kampaniyaları vasitəsilə onlar geniş şəkildə təqdim olunur və asanlıqla əldə edilir. Belə vasitələrin qəbulu orqanizmin təbii balansını poza bilər. Həzm sistemində ciddi dəyişikliklər yarandığı, qida maddələrinin mənimsənilməsinin zəiflədiyi və su-duz mübadiləsinin pozulduğu hallar müşahidə oluna bilər. Bu isə uzunmüddətli istifadə zamanı sağlamlıq üçün əlavə problemlər yaradır”.

Həkim sözlərini belə yekunlaşdırıb:

“Həmçinin, orqanizm üçün vacib olan bəzi qida elementlərinin çatışmazlığı da ortaya çıxır. Bu çatışmazlıq maddələr mübadiləsinə mənfi təsir göstərərək ümumi zəiflik və funksional pozuntulara səbəb ola bilər. Bəzi hallarda isə bu dəyişikliklər psixoloji vəziyyətə də təsir edir”.

Günel Cəlilova

0