Bu gün Azərbaycan derbisi var

İDMAN
11:00 / 26.04.2026
44

Misli Premyer Liqasında 29-cu tur davam edir

QOL.az xəbər verir ki, bu gün daha iki görüş keçiriləcək.

Əvvəlcə "Şamaxı" öz meydanında "Kəpəz"lə qarşılaşacaq. Bu komandaların ilk dövrədəki oyununda "Kəpəz" (4:1), 2-ci dövrənin matçında isə "Şamaxı" (2:0) qalib gəlib.

Günün ikinci matçında isə "Neftçi" əzəli rəqibi "Qarabağ"ı qəbul edəcək. Maraqla gözlənilən Azərbaycan derbisi saat 19:00-da başlayacaq. Komandaların ilk dövrədəki oyununda "Qarabağ" 2:0 hesablı qələbə qazanıb. İkinci dövrənin matçı isə təxirə salınıb və aprelin 30-da keçiriləcək.

Bugünkü görüş "Qarabağ" üçün 2-ci pillədəki mövqeyini möhkəmləndirmək, "Neftçi" üçün isə "Zirə"ni qabaqlayaraq 4-cü yerə yüksəlmək baxımından əhəmiyyətlidir.

 

26 aprel (bazar)

Misli Premyer Liqası, 29-cu tur

16:00 "Şamaxı" – "Kəpəz"

Baş hakim: Rəşad Əhmədov

Şamaxı şəhər stadionu

 

19:00 "Neftçi" – "Qarabağ"

Baş hakim: Tural Qurbanov

“Palms Sports Arena”

 

25 aprel (şənbə)

“Qəbələ” - “Araz-Naxçıvan” - 1:1

 “İmişli” - “Sumqayıt” - 0:2

 

27 aprel (bazar ertəsi)

18:00. “Turan Tovuz” - “Zirə”

20:00. “Sabah” - “Karvan-Yevlax”

0