Tarix boyu insanlar öz imtiyazlarını geyimləri vasitəsilə ətrafa nümayiş etdiriblər.
Bahalı parçalar, fərqli naxışlar, müxtəlif üslubda seçilmiş bəzəklər və s. Bu gün isə bunları əvəz edən öz adları ilə seçilən, loqoları dünya miqyasında tanınan brendlərdir. Görünür, bu gün də brend geyim anlayışı “cool” görünmək anlayışı ilə bağlıdır. Kiminə görə bahalı geyimlərə çəkilən xərc insanın kimliyini təyin edən bir imicin göstəricisidir, başqalarına görə isə bu insanlar daha uğurlu və imkanlı görünümə sahib olanlardır.
Cəmiyyətin bu steroptipdən çıxa bilməməsi və mənlik anlayışını bahalı geyimlə ölçməsi xoşagələn hal deyil. Yəni bir insan brend geyinməsə də çox savadlı, yaradıcı və cəmiyyətdə sevilən şəxs ola bilər. Eyni zamanda, bahalı geyinən biri bu statusa sahib olmaya bilər.
Burada sosial medianın da təsiri çoxdur. Demək olar ki, İnstaqram platformasında biz bunu daha çox görürük. Hər 10 kontent yaradısından birinin brendləri təbliğ edib “mən brend istifadəçisiyəm” profilini yaratması ictimai təsir yaradır və artıq digərləri də buna uyaraq “hər kəs istifadə edirsə, mən də etməliyəm” düşüncəsinə qapılır.
Yəni burada sosial təzyiq məsələsidə önəmli rol oynayır. Beləliklə, marka geyinmək sosial məsələyə çevrilir. Brend geyinmək artıq seçimə yox məcburiyyətə yönəlik vədiş alır. İnsanlar “geri qalmaq” və ya “az imkanlı görünmək” qorxusu ilə öz imkanlarını aşaraq brend geyimlərə yönəlirlər. Bəziləri isə bir günlük bahalı görüntü üçün borc götürməyə belə razı olurlar.
Hətta maddi imkanı əl vermədikdə belə müxtəlif yola əl atanların sayıda az deyil. Digər aspektdən isə ictimaiətdə belə bir düşüncə formalaşır ki, ancaq imkanlı insanlar brend geyinir. Lakin imkanlı insanların da sadə geyindiyi zamanlar olur. Onlar heç də həmişə brend geyinmirlər.
Sosial statusa gəldikdə isə bu məsələ olduqca fərqlidir. Cəmiyyətdə yaxşı status yaratmaq üçün bahalı geyinməyə ehtiyac yoxdur. Saleh əməllərlədə bu mümkündür. Bahalı geyim sosial statusun ölçüsü deyil.
Maraqlı tərəfi budur ki, insanın kimliyi və statusu heç vaxt bahalı geyimlə ölçülə bilməz. Kimlik anlayışı düşüncə, davranış, hiss, empatiya ilə sıx bağlıdır, geyim isə dəyişkəndir. İnsanın dəyəri onun marka geyinməyində deyil, şəxsiyyətində, xarakterində gizlidir. Geyim isə sadəcə şəxsiyyətin ətrafa əks olunan kiçik bir detalıdır...
Arzu ibrəhimova


