Tarixin 22 apreli...

MARAQLI
15:00 / 22.04.2026
92

Bu gün tarixin vərəqlərində 22 apreldəyik.

Hit.az bildirir ki, 22 aprel Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən Yer Günü kimi qeyd olunur.

Bu tarixin Yer Günü kimi qeyd olunmasına 1970-ci ildə qərar verilib. 22 aprel həm də Azərbaycanın Milli Qəhrəmanı, şəhid Allahverdi Bağırovun doğum günüdür. Onun dünyaya gəlməsinin 80 ili tamam olur. A.Bağırov erməni silahlılarına qarşı ilk özünümüdafiə dəstələrini yaradan və ona rəhbərlik edən Qarabağ müqavimətinin simvolu idi. “Qarabağ” futbol klubunun da şərəfini qorumuş qəhrəmanımız 1992-ci ildə cəmi 3 gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas edib. O, elə həmin il davam edən Birinci Qarabağ müharibəsi zamanı şəhid olub. 

Bəs 22 apreldə başqa nələr baş verib?
1994-cü ildə Azərbaycan və Əlcəzair arasında diplomatik əlaqələr qurulub. 2018-ci ildə “Qarabağ” Azərbaycan Premyer Liqasında çempion olub.

Həmçinin, 1370-ci ildə Fransa kralı V Çarlzın əmri ilə Bastiliya qalasının inşasına başlanılıb. 1500-cü ildə Pedro Alvarez Kabral Braziliyanı kəşf edib. 1906-cı ildə Afinada növbədənkənar yay Olimpiya oyunları keçirilib. 1970-ci ildə “Türkiyə” qəzeti fəaliyyətə başlayıb. 

22 apreldə doğulanlar:
Ölkəmizdən 1894-cü ildə Xalq artisti, aktyor Ağahüseyn Cavadov, 1942-ci ildə Əməkdar artist, aktyor Həsən Əbluc1966-cı ildə Əməkdar artist müğənni Ədalət Şükürov dünyaya gəlib.

Xaricdən isə 1707-ci ildə ingilis yazıçı Henri Fildinq, 1724-cü ildə alman filosof İmmanuel Kant, 1781-ci ildə ispan rəssam Xose Madraso, 1870-ci ildə SSRİ-nin qurucusu Vladimir Lenin, 1904-cü ildə amerikalı fizik Robert Oppenheymer, 1906-cı ildə amerikalı aktyor Eddi Albert, 1937-ci ildə amerikalı aktyor Cek Nikolson, 1946-cı ildə ingilis fizik və yazıçı Pol Deyvis, 1957-ci ildə Polşa Baş naziri Donald Tusk və 1982-ci ildə braziliyalı futbolçu Kaka doğulub.

22 apreldə vəfat edənlər:
1971-ci ildə Əməkdar incəsənət xadimi, rəssam Həsənağa Mustafayev, 1980-ci ildə Azərbaycanın ilk qadın heykəltaraşı Zivər Məmmədova, 1983-cü ildə texnika elmləri doktoru, kimyaçı İzzət Oruczadə, 1997-cü ildə bəstəkar Əli Səlimi və 2010-cu ildə Əməkdar rəssam, heykəltaraş Qorxmaz Sücəddinov vəfat edib.

Həmçinin, 1833-cü ildə Böyük britaniyalı ixtiraçı Riçard Trevitik, 1984-cü ildə amerikalı fotoqraf Ansel Adams və 1994-cü ildə ABŞ-nin 37-ci prezidenti Riçard Nikson dünyasını dəyişib.

Pərviz
 

0