Derbidə "Qarabağ" qalib gəldi

İDMAN
20:54 / 26.04.2026
45

Misli Premyer Liqasında 29-cu tur davam edir.

Hit.az xəbər verir ki, bu günə nəzərdə tutulan matçlar artıq başa çatıb.

Günün ikinci matçında "Neftçi" əzəli rəqibi "Qarabağ"ı qəbul edib. Azərbaycan derbisi Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandaların ilk dövrədəki oyununda "Qarabağ" 2:0 hesablı qələbə qazanıb. İkinci dövrənin matçı isə təxirə salınıb və aprelin 30-da keçiriləcək.

 

26 aprel (bazar)

Misli Premyer Liqası, 29-cu tur

19:00 "Neftçi" – "Qarabağ" - 1:5

Qollar: Musa Qurbanlı, 9 (0:1), Elvin Bədəlov, 20 (1:1), Musa Qurbanlı, 32 (1:2), Joni Montiel, 38 (1:3), Leandro Andrade, 68 (1:4), Emmanuel Addai, 90+3 (1:5)

Baş hakim: Tural Qurbanov

“Palms Sports Arena”

0