Ermənistanda korona dəhşəti: Sutkada 452 yoluxma, 87 ölü

15:27 / 25.05.2020
1117

Ermənistanda son sutka ərzində 452 nəfər koronavirusa yoluxub.

Ermənistan mediası xəbər verir ki, bu göstərici ölkədə gündəlik qeydə alınan rekord yoluxma halıdır.

Ötən sutka ölüm halı isə 6 olub.

Qeyd edək ki, Ermənistanda koronavirusa yoluxanların sayı ümumilikdə 7113 nəfərə, ölənlərin sayı isə 87 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 3145 nəfərdir.

0
Azsabah.com