ABŞ-ın keçmiş dövlət katibi İranla münaqişənin həllinin yeganə yolunu açıqladı

DÜNYA
21:37 / 16.04.2026
50

ABŞ-ın keçmiş dövlət katibi Con Kerri Amerika hakimiyyətini İranla məsələni yalnız danışıqlar masasında həll etməyə çağırıb. 

HİT.az "Clash Report"a istinadən xəbər verir ki, onun fikrincə, diplomatiya münaqişənin həllinin yeganə yoludur.

"Bu məsələni yalnız danışıqlar yolu ilə həll edə bilərsiniz. Onlar təslim olmayacaqlar. Biz də açıq-aydın təslim olmayacağıq", deyə Kerri bildirib.

Kerri əlavə edib ki, razılığa gəlmək üçün yer olmalıdır. Lakin o, hansı təşəbbüsdən danışdığını dəqiqləşdirməyib.

15 apreldə "Fox News" ABŞ prezidentinin İrana qarşı hərbi əməliyyatın başa çatdığını elan etdiyini bildirib. Ağ Ev əvvəllər ABŞ və İran arasında növbəti danışıqlar raundunu elan etmişdi. O, bunun yaxın iki gün ərzində baş tutacağını bildirib.

11 apreldə ABŞ və İran rəsmiləri Pakistanın vasitəçiliyi ilə İslamabadda danışıqlar aparıblar. Danışıqlar İranın nüvə proqramı olan Hörmüz boğazının yenidən açılması, Tehrana qarşı sanksiyaların ləğvi və düşmənçiliklərə son qoyulması məsələlərinə yönəlmişdi. Lakin görüşdən sonra tərəflər sülh razılaşmasına nail ola bilməyiblər.

Samir

0