Medvedyev Avropaya zərbələri elan etdi və hədəfləri açıqladı

DÜNYA
14:02 / 16.04.2026
57

Rusiya Müdafiə Nazirliyi Avropada yerləşən və Moskvanın iddiasına görə Ukrayna üçün döyüş dronlarının istehsalında iştirak edən şirkətlərin siyahısını yayımlayıb. 

HİT.az xəbər verir ki, buna cavab olaraq Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev həmin müəssisələrin Rusiya ordusunun hədəfinə çevrilə biləcəyini bildirib.

Rusiya müdafiə qurumunun açıqlamasında qeyd olunur ki, siyahının yayılmasında məqsəd Avropa ictimaiyyətini guya təhlükəsizlik təhdidləri və istehsal obyektlərinin yerləşdiyi yerlər barədə "məlumatlandırmaqdır".

Siyahı iki kateqoriyaya bölünüb:

1. Avropadakı Ukrayna şirkətlərinin filialları – 11 müəssisə;
2. Komponent istehsal edən xarici şirkətlər – 10 şirkət.

Siyahıya Polşa, Almaniya, Böyük Britaniya, İsrail, Çexiya və Türkiyədən şirkətlər daxil edilib. Xüsusilə pilotsuz uçuş aparatlarının istehsalı ilə əlaqəli Polşa müəssisələri də qeyd olunur.

Həmin siyahını şərh edən Dmitri Medvedyev faktiki olaraq bu obyektlərə zərbə endirilə biləcəyini bildirib: "Bu siyahı Rusiya Silahlı Qüvvələri üçün potensial hədəflərdir. Hücumların nə vaxt real olacağı vəziyyətin inkişafından asılıdır. Avropalı tərəfdaşlar, rahat yatın".

Samir
 

0