MDB Oyunları: Azərbaycan idmançısı ermənini nokauta saldı - FOTOLAR

İDMAN
19:05 / 05.09.2021
1808

I MDB Oyunlarında tayboks idman növündə mübarizəyə start verilib.

63.5 kq çəki dərəcəsində yer alan Azərbaycan təmsilçisi Mahir Əsədzadə ilk görüşdə Ermənistandan olan Alen İsraelyanla qarşılaşıb.

İlk dəqiqələrdən rəqibinə güclü zərbələr endirən Əsədzadəyə qələbə üçün cəmi 2 dəqiqə 36 saniyə lazım olub. Rəqibi nokauta salan azərbaycanlı idmançı vaxtından əvvəl təmiz qələbə qazanıb.

0
report.az