Azərbaycanın məşhur diktoru vəfat etdi

ÖLKƏ
12:12 / 26.11.2021
763

Azərbaycan radiosunun diktoru Lyudmila Nəzərli dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, bu haqda diktor, əməkdar artist İradə Ağayeva bildirib.

Noyabrın 2-də koronavirusa yoluxan Lyudmila Nəzərli xəstəxanaya yerləşdirildikdən bir müddət sonra müalicəsini reanimasiyada davam etdirirdi. Qeyd edək ki, Lyudmila Nəzərli Azərbaycan Radiosunda çalışıb, 2014-cü ildən indiyədək CBC telekanalında televiziya təlimçisi kimi fəaliyyətini davam etdirib. O, ötən il "Tərəqqi” medalına layiq görülüb.

0