Bakı-Quba yolunda ağır qəza, ölən var - VİDEO

HADİSƏ
15:52 / 30.09.2023
462

Sentyabrın 29-da Bakı-Quba-Rusiya sərhədi yolunun 105-ci km-də, Siyəzən rayonu ərazisindən keçən hissəsində TIR ilə "Ford Transit" markalı yük avtomobilinin toqquşduğu hadisənin görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə yerindən çəkilmiş görüntülər qəzanın dəhşətini göstərir.

Belə ki, zərbənin gücündən TIR aşaraq bir neçə yerə parçalanıb. 

Hadisə nəticəsində Ağsu rayon sakini, 1990-cı il təvəllüdlü Cavid Əhdixan oğlu Elşənov hadisə yerində ölüb, sərnişinlər - 1990-cı il təvəllüdlü Məhəbbət Əlikişi oğlu Kərimov və 2006-cı il təvəllüdlü Hüseyn İsgəndərov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Faktla bağlı araşdırma aparılır.

0