Britaniya müdafiə qərargahının rəhbəri: "Rusiya təhlükəsi güclənir"

DÜNYA
14:46 / 08.11.2026
42

Böyük Britaniyanın Müdafiə Qərargahının rəisi Riçard Nayton Rusiyadan qaynaqlanan təhlükənin artdığını iddia edərək Londonu bu məsələyə daha ciddi yanaşmağa çağırıb.

HİT.az xəbər verir ki, o, bu barədə “Financial Times” qəzetinə müsahibəsində danışıb.

Naytonun sözlərinə görə, Britaniya digər Avropa ölkələri ilə müqayisədə Rusiyadan gələn risklərin miqyasını kifayət qədər dərk etmir. O, Moskvanı təxribatlar, kiberhücumlar və digər insidentlərdə ittiham edərək, mövcud vəziyyətin daha ciddi qiymətləndirilməli olduğunu bildirib.

“Bu, yetkin həyatım boyunca xatırladığım ən təhlükəli dövrdür. Təhlükə, ilk növbədə, Rusiyadan, eyni zamanda daha geniş qlobal kontekstdə artmaqda davam edir”, – deyə Nayton vurğulayıb.

Britaniyalı hərbi rəis hesab edir ki, Avropa ölkələri ordularını yenidən silahlandırmalı, hərbi hazırlığı gücləndirməli və müdafiə imkanlarını artırmalıdır. Onun fikrincə, bu addımlar Rusiyanın NATO ölkələrinin hazırlığını sınağa çəkmək cəhdlərinin qarşısını almağa kömək edə bilər.

Nayton, həmçinin Britaniya ictimaiyyətinin təhlükəsizlik vəziyyəti barədə məlumatlandırılmasının vacibliyini qeyd edib. O hesab edir ki, vətəndaşlar müdafiə xərclərinin artırılmasının səbəblərini anlamalı və bu siyasəti dəstəkləməlidirlər.

Samir
 

0