İş yerində 2 nəfərin öldüyü hadisəyə görə cinayət işi başlandı

10:35 / 18.10.2023
562

Xəbər verdiyimiz kimi, sentyabrın 16-da Sabunçu rayonunda yerləşən müəssisələrdən birində 40 yaşlı Fəqan Şirinov və 21 yaşlı Nahid Həsənovun üzərinə isti su tökülüb.

Baş prokurorluğun Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Fəqan Şirinov və Nahid Həsənovun almış olduqları xəsarətlərdən xəstəxanada ölmələri faktı ilə bağlı cinayət işi açılıb.

Hazırda Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

0