Azərbaycanda mobil telefonlar ucuzlaşacaq? - AÇIQLAMA

İQTİSADİYYAT
12:30 / 25.10.2023
620

Azərbaycanda mobil telefonların qeydiyyatına görə rüsumun məbləğləri azaldılacaq.

Belə ki, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun məbləğləri azaldılır. Bu, Milli Məclisin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Maraqlıdır, sözügedən qərar ölkəmizdə telefon qiymətlərinin ucuzlaşmasına səbəb olacaq?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, yeni qanuna əsasən mobil telefonların qeydiyyatı üçün dövlət rüsumları müəyyən qədər endirilib:

336531"Əslində nəzəri cəhətdən belədir, amma praktikada bunu görmürük. Yəni Azərbaycanda mobil telefonların qiymətinin ucuzlaşacağını düşünmürəm. Bu qanun mobil telefonların ucuzlaşmasına səbəb olmayacaq. Ümumiyyətlə, yeni qanunda sadəcə mobil telefonların qeydiyyat rüsumundan söhbət getmir. Həmin xərcləri təşkil edən yalnız o rüsumlar da deyil".

Ekspert vurğulayıb ki, mobil telefonların idxal olunduğu ölkələrdə də bahalaşma yaşanır:

"İstehsalçı ölkələrdən əldə edilən mobil telefonların özünün də qiymətinin bahalaşdığını nəzərə almaq lazımdır. Həmin ölkələrdə qiymətlərdə və müəyyən lisenziya xərclərində artım müşahidə olunur. Bu baxımdan, ölkəmizdəki mobil telefonların qiymətində hər hansısa ciddi ucuzlaşma baş verməyəcək".

Pərviz

0