"Kobra" Pərvizi Azərbaycana buraxmadılar

ÖLKƏ
12:51 / 14.05.2020
1505

Xəbər verdiyimiz kimi, bu gün günorta saatlarında "Kobra" ləqəbli kik-boks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev Bakıya gəlməli idi.

News24.az-a daxil olan məlumata görə, saat 12:00-da Bakıya enməsi nəzərdə tutulan təyyarənin gəliş təxirə salınıb. Bildirilib ki, Azərbaycan sözügedən reysi qəbul etmədiyindən reys təxirə salınıb. Belə görünür ki, "Survivor" iştirakçısı azərbaycanlı Pərviz Abdullayev hazırda İstanbuldadır.

Qeyd edək ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu "TV 8"-in rəhbəri, aparıcı Acun İlıcalıya təşəkkür edib. O, sosial şəbəkədə Dominikan Respublikasından təyyarənin havaya qalxdığı görüntünü yayıb.

0
News24.az