"İntuitiv dahilər"in doğulduğu 4 tarix

MARAQLI
23:51 / 25.05.2026
42

Numerologiya tərəfdarlarının fikrincə, bəzi insanlar hadisələri tez analiz etmək, vəziyyətləri hiss etmək və düzgün qərarları intuitiv şəkildə tapmaq qabiliyyətinə malik olur.

Hit.az xəbər verir ki,  “Parade” nəşrinin yazdığına görə, xüsusilə dörd tarixdə doğulan şəxslər “intuitiv dahi” hesab edilir.

Qeyd olunur ki, burada söhbət doğum ayından deyil, yalnız doğum gününün rəqəmindən gedir.

Məlumat üçün bildirək ki, astrologiya, numerologiya, tarot, falçılıq və oxşar praktikalar elmi əsaslara söykənmir. Bu yanaşmalar qədim inanclar və simvolik şərhlərə əsaslanır və elmi cəhətdən təsdiqlənməyib.

3-də doğulanlar - “öncədən hiss edənlər”

Numerologiyada 3 rəqəmi müdriklik və inkişaf simvolu olan Yupiter planeti ilə əlaqələndirilir. Bu tarixdə doğulan insanlar “həqiqət axtaranlar” kimi xarakterizə edilir.

Numeroloqlar hesab edir ki, onlar çox vaxt məntiqi izah olmadan düzgün qərarı hiss edir və insanları, eləcə də hadisələri yaxşı analiz edə bilirlər.

14-də doğulanlar – analiz ustaları

14 rəqəmi intellekt və kommunikasiya planeti hesab olunan Merkuri ilə əlaqələndirilir.

Bu tarixdə doğulan şəxslərin informasiyanı sürətlə emal etdiyi, gizli qanunauyğunluqları gördüyü və başqaları problemi tam anlamadan vəziyyəti dərk edə bildiyi iddia olunur.

16-da doğulanlar – “analitik öncəgörənlər”

Numerologiyada 16 rəqəmi intuisiya və gizli biliklərin simvolu sayılan Neptun planeti ilə əlaqələndirilir.

İnanclara görə, bu insanlar məntiq və daxili hissləri birləşdirərək mürəkkəb vəziyyətlərdə çıxış yolu tapmağa kömək edə bilir. Onların hadisələrin mahiyyətini görmək və gizli məqamları üzə çıxarmaq bacarığı olduğu düşünülür.

20-də doğulanlar – emosional strateqlər

20 rəqəmi Ayın təsiri və yüksək emosional intellektlə əlaqələndirilir.

Numeroloqların fikrincə, bu tarixdə doğulan insanlar başqalarının əhvalını asanlıqla hiss edir, davranış dəyişikliklərini tez fərq edir və qarşı tərəfin gizli emosiyalarını yaxşı anlayırlar.

Samir
 

0