Rəng psixologiyası üzrə mütəxəssis Mişel Lyuisin fikrincə, insanın sevdiyi rəng onun emosional vəziyyəti və xarakter xüsusiyyətləri haqqında müəyyən ipucları verə bilər.
Hit.az xəbər verir ki, “Parade” nəşrinə verdiyi açıqlamada o, çəhrayı rəngi sevən insanlarda ən çox rast gəlinən xüsusiyyətləri izah edib.
Mütəxəssis qeyd edir ki, rəng seçimi təsadüfi deyil:
“Rəngə üstünlük emosional vəziyyətləri və dünyaya necə reaksiya verdiyimizi əks etdirir”, deyə o bildirib.
2022-ci ildə “Frontiers in Psychology” jurnalında dərc olunan araşdırmaya əsasən, rəng seçimləri ilə şəxsiyyət tipleri arasında müəyyən əlaqə ola bilər.
Çəhrayı rəngi sevənlərdə 7 xüsusiyyət
1.Qayğıkeşlik
Belə insanlar başqalarına diqqət göstərməyə meyilli olur və ehtiyacı olanı tez hiss edirlər. Onlar ətrafda təhlükəsiz və rahat mühit yaratmağa çalışırlar.
2.Emosional istilik
Çəhrayı rəngi sevənlər adətən yumşaq və mehriban davranışları ilə seçilir, bu da insanların onlara asanlıqla güvənməsinə səbəb olur.
3.Optimist yanaşma
Onlar həyatda daha çox müsbət tərəfi görməyə meyillidir və çətin vəziyyətlərdə belə ümidli qalırlar.
4.Münaqişədən qaçmaq
Bu insanlar tez-tez mübahisələrdən uzaq durmağa və gərgin vəziyyətləri yumşaltmağa çalışırlar.
5.Ünsiyyətdə rahatlıq
Sosial əlaqələr qurmaqda rahatdırlar və ətraflarında xoş, sakit atmosfer yaradırlar.
6.Başqalarının emosiyalarına həssaslıq
Onlar qarşı tərəfin hisslərini asanlıqla sezə bilir və emosional vəziyyəti düzgün oxuya bilirlər.
7.Rahatlığa meyillilik
Belə insanlar komfortu, sakitliyi və emosional sabitliyi yüksək qiymətləndirirlər.
Niyə çəhrayı “sakitləşdirici” rəng sayılır?
Mişel Lyuisin sözlərinə görə, çəhrayı rəng sinir sisteminə sakitləşdirici təsir göstərə bilər. Məhz buna görə “Baker-Miller Pink” adlı çəhrayı çalar bəzi ABŞ həbsxanalarında aqressiyanı azaltmaq üçün istifadə olunub.
Lakin mütəxəssis xəbərdarlıq edir ki, bu rəngin həddindən artıq istifadəsi əks təsir yarada bilər.
Çəhrayı rəngi sevənlərin zəif tərəfləri
Mütəxəssis qeyd edir ki, belə insanlar bəzən münaqişələrdən qaçdığı və başqalarını razı salmağa çalışdığı üçün çətinliklərlə üzləşə bilirlər. Həmçinin onların yumşaqlığı səbəbindən bəzən düzgün qiymətləndirilmədiyi də vurğulanır.
Samir


