İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin müraciəti əsasında məhkəmə qərarı çıxarılıb.
Hit.az xəbər verir ki, qərara əsasən, “ASLANOĞULLARI ENDÜSTRİYEL MUTFAK TESİSAT İMALAT GIDA TEKSTİL İTHALAT İHRACAT SANAYİ VE TİCARET LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının vergi borcları ilə bağlı tədbir görülüb.
Məlumata görə, şirkətin dövlət büdcəsinə 334 802,17 manat, Dövlət Sosial Müdafiə Fonduna isə 6 357,4 manat borcu olduğu müəyyən edilib. Ümumilikdə borc məbləği 341 159,57 manat təşkil edir.
Qeyd olunur ki, borcun ödənilməsi üçün vergi orqanı tərəfindən göndərilən bildirişlərə baxmayaraq, öhdəliklər yerinə yetirilməyib.
Məhkəmə qərarı ilə şirkətin icra orqanının rəhbəri barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tətbiq edilib.
Abbas


