Şəhidlərimizin cənazəsi izdihamla qarşılandı - Video

09:16 / 13.07.2020
1128

Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib və döyüş nəticəsində 3 hərbi qulluqçumuz şəhid olub.

Tovuz sakinləri şəhidlərimizin cənazəsini izdihamla qarşılayıb, "Şəhidlər ölməz, vətən bölünməz" şüarını səsləndiriblər.

Qeyd edək ki, şəhidlərimiz Sadıqov Vüqar Lətif oğlu, Məmmədov Elşad Dönməz və Daşdəmirov Xəyyam Məhəmməd oğludur

0