Məşhur aktyora AĞIR İTKİ

MƏDƏNİYYƏT
15:32 / 04.07.2023
744

Dünyaca məşhur "Hollivud" aktyoru Robert de Niro ağır itki ilə üzləşib.

HİT.az xəbər berir verir ki, ustad aktyorun nəvəsi vəfat edib.

Belə ki, 19 yaşlı Leandro de Niro Rodriqez qəflətən dünyasını dəyişib. Onun ölüm səbəbi rəsmi olaraq açıqlanmayıb. İlkin ehtimallara görə Leandro artıq dozada narkotik qəbul etdiyi üçün dünyasını dəyişmiş ola bilər. 

Robert de Niro da nəvəsinin ani ölümü ilə bağlı ilk açıqlamasını verib:
"Əziz nəvəm Leonun itkisi məni məhv etdi. Başsağlığı mesajları üçün hər birinizə minnətdaram. Hazırda yasdayıq və sizə buna hörmət etməyinizi xahiş edirəm".

Pərviz

0