Rafiq Tağı haqqında ilk sənədli film - VİDEO

MƏDƏNİYYƏT
18:33 / 10.07.2023
544

Mərhum yazıçı-publisist Rafiq Tağıya həsr olunmuş sənədli film çəkilib.

HİT.az xəbər veirr ki, Sevinc Çılğının müəllifi olduğu ekran işi "TERROR QURBANI: Ədib-təbib Rafiq Tağı" adlanır.

Rafiq Tağı haqqında ilk sənədli film 14 iyul saat 20:30-da ARB-də yayımlanacaq. Filmdə yazıçının ailə üzvləri, dostları və tanınmış yazıçılar çıxış edib, onunla bağlı xatirələrini danışıblar.

Qeyd edək ki, Rafiq Tağı 19 noyabr 2011-ci il tarixində terrora məruz qalıb. Həmin gün axşam saatlarında işdən evə dönərkən evinin yaxınlığında ona sui-qəsdə edilib. Qatil yazıçının kürəyindən çoxsaylı bıçaq zərbələri endirib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Rafiq Tağı 23 noyabr 2011-ci il tarixdə vəfat edib.

0