Həmkarları Ramiz Məlikin 80 yaşını evində təbrik etdi

MƏDƏNİYYƏT
12:20 / 04.08.2023
611

Xalq artisti Ramiz Məlikin 80 yaşı tamam olub.

Hit.az xəbər verir ki, Akademik Milli Dram Teatrın rəhbərliyi və yaradıcı heyət uzun zamandır səhhətində problem yaranan aktyora evində baş çəkib. 

Akademik Milli Dram Teatrının Bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, direktorun əmək funksiyalarını icra edən Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, Xalq artisti Hacı İsmayılov, truppa müdiri Elnur Məmmədov və teatrın Həmkarlar Təşkilatı adından sədr müavini Nigar İsrafilqızı 80 illik yubileyi münasibətilə Xalq artisti Ramiz Məliki təbrik edib və ona mükafat və hədiyyə təqdim olunub. 

Qeyd edək ki, Xalq artisti Ramiz Məlik uzun zamandır səhhətində problem yaranıb və Mədəniyyət Nazirliyi aktyorun müalicəsinə dəstək olub.

Azra

0